Avropa İttifaqı Ukraynaya vizasız rejim tətbiq edir

0
642

11

Avropa İttifaqı Ukrayna üçün vizasız rejiminin tətbiqini təsdiqləyir.

Bu barədə UNİAN agentliyi məlumat yayıb.

Məlumata görə, bu barədə qərar Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələrinin komitəsi tərəfindən qəbul edilib və Avropa İttifaqı Şurasının saytında dərc olunub. Viza 180 gün ərzində 90 gündən çox olmayan müddət üçün verilir. Vizasız rejim azad şəkildə Şenqen ölkələrinə səyahət etməkdir. Şenqen zonasına Avropa İttifaqının 22 ölkəsi, Avropa İttifaqına 4 üzv olmayan və Şengenə 4 namizəd ölkə daxildir.

Qeyd edək ki, hazırda aşağıda adları göstərilən ölkələr Şengenə üzvdür: Avstriya, Belçika, Almaniya, Danimarka, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlandiya, İsveç, Çexiya.
Üzv olmayan ölkələr: İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə.

Şengenə namizəd ölkələr: Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya.

BIR CAVAB BURAXIN