Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır

0
1601

Milli maraqlar üzərində qurulan siyasət həyata keçirən Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərini uğurla inkişaf etdirir. Qısa müstəqillik tarixində respublikamızın xoş mərama və qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır.  Azərbaycan həm Avropa İttifaqı  ilə, həm də qurumda təmsil olunan dövlətlərlə intensiv təmaslara malikdir. Respublikamız Avropa İttifaqı ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi Tərəfdaşlığı üzərində fəal iş aparılır. Ölkəmiz, eyni zamanda,  Avropa İttifaqına daxil olan bir çox dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. İkitərəfli və çoxtərəfli platformalarda qurulan siyasi dialoqun dinamizminə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı olaraq genişlənərək yeni istiqamətləri əhatə edir. Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumlarıda bunu bir daha təsdiqləyir.

Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Müharibə tərəflərindən biri olan şimal qonşumuz “qoca qitə”nin “mavi yanacaq” istehlakında təxminən 45, neft tələbatının ödənilməsində isə 25 faiz paya malikdir.  Müharibənin uzanması və Rusiyaya qarşı bir neçə mərhələdə sanksiyaların tətbiqi Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaradıb. Artıq xeyli vaxtdır ki, Avropa İttifaqına daxil olan ölkələr alternativ enerji mənbələri axtarışındadırlar. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu artıq dəyəişməyən reallıqdır.

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı