Avropa İttifaqı Ermənistanda atom bombasının mövcudluğunu araşdıracaq

0
765

Avropa İttifaqı Ermənistanın yüksək vəzifəli şəxslərinin bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracaq.

Virtualaz.org bildirir ki. bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

“Mən bunu yoxlamalıyam. Bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz. Bizim yanaşmamızı bilirsiniz, bu aydındır. Lakin mən bunu yoxlayacağam”, – bu gün keçirdiyi brifinqdə bu sözləri Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin rəsmi nümayəndəsi Mayya Kosyanoviç deyib.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbərindən Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyanın Yerevanın nüvə silahına malik olması ilə bağlı bəyanatını şərh etmək xahiş edilmişdi

BIR CAVAB BURAXIN