Brüsseldə Aİ-nin xarici və daxili təhlükəsizliyinin təmin olunması kimi vəzifələri icra edəcək Avropa ordusunun yaradılması məsələsi ətrafında diskussiyalar aparılır. Bu barədə “İzvestiya”ya Avropa Komissiyasındakı mənbə bildirib.
Təşəbbüsün təsdiqlənəcəyi təqdirdə Avropanın birləşmiş hərbi bloku artıq 2018-ci ilədək yaradıla bilər.
Bu təşəbbüsün əsas əleyhdarı son zamanadək Böyük Britaniya olub. “Brexit”in nəticələri Aİ ölkələrinə müdafiə sahəsində daha sıx əməkdaşlıq etməyə şərait yaradıb.