Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadır – Daha 6 ay

0
615

11

Avropa Birliyi (AB) Rusiyaya qarşı əsas iqtisadi sanksiyaları daha 6 ay uzatmaq barədə razılığa gəlib.

«Reuters»in diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, qərar qurumun dekabrın 15-də Brüsseldə keçirilən iclasında elan olunacaq.

“Sanksiyaların müddəti yanvarın sonunda başa çatırdı. Müddətin daha 6 ay uzadılacağına heç bir şübhə yoxdur», deyə məlumatda bildirilir.

Beynəlxalq maliyyələşməyə məhdudiyyətləri, Moskva ilə müdafiə və energetika sahəsində əməkdaşlığa qadağanı nəzərdə tutan sanksiyalar Rusiyanın Krımı ilhaqına və Ukraynanın şərqində separatçılara dəstək verməsinə cavabdır.

Sonuncu dəfə Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları 2016-cı ilin sentyabrında uzatmışdı. Qərar Rusiya, Ukrayna və Krımdan olan 146 fiziki, 37 hüquqi şəxsi əhatə edir.

BIR CAVAB BURAXIN