Avqustun 10-da Putinlə Sarkisyan görüşəcəklər

0
646

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən bildirir ki, çərşənbə günü, avqustun 10-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək. Xatırladaq kı, dünən Putin Bakıda səfərdə olub. O prezident İlham Əliyev tırıfindın qəbul edilib.

Görüşdə  Əliyev bildirib ki, Putin Bakıya son bir ildə üçüncü dəfədir səfər edir və bu da münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

“Bizim hər görüşümüz münasibətlərə yeni təkan verir, hansı ki, bu münasibətlərimiz strateji səviyyəyə qalxıb. Bu gün Dağlıq Qarabağ problemini müzakirə etmək istərdik. Sizin bu danışıqlarda şəxsi iştirakınız böyük rol oynayır”-Azərbaycan prezidenti bildirib.

Əliyev əlavə edib ki, bu günkü görüş əməkdaşlıq baxımından böyük potensiala malikdir və tərəflər regional əməkdaşlığa dair mühüm məsələləri həll edə bilərlər. Bu da ölkələrin iqtisadi inkişafına və təhlükəsizliyin möhkəmləndirilməsinə imkan yaradacaq.

Putin də öz növbəsində münasibətlərin xarakterinə dair Əliyevin qiymətləndirmələrini bölüşdüyünü deyib.  “Mühümdür ki, bizim əməkdaşlığımız bir sıra sahələrdə xeyli inkişaf edib. Bu gün bizim valyutaların fərqli kursları problemi haqda danışmaq yerinə düşərdi. Çünki ticarət dövriyyəsinin fiziki həcmi kifayət qədər yüksək səviyyədə qalır”-Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, Bakı və Moskva arasında energetika layihələri, Xəzərdə əməkdaşlıq da inkişaf edir. Bundan əlavə ikitərəfli ticarət-iqtisadi əlaqələrin şaxələndirilməsinə dair dialoq da mühümdür. Bu, ölkələrə sovet dövründən miras qalmış problemdir.

Putin Qarabağ haqda da danışıb və deyib: “Biz çalışacağıq ki, Ermənistan və Azərbaycan arasında elə həll yolu tapılsın ki, kompromislərə əsaslansın, eyni zamanda hər iki tərəf üçün məqbul olsun. Elə həll yolu ki, qaliblər olmasın, ancaq iki ölkə xalqları özlərini qalib hiss etsinlər və hər iki dövlət hiss etsin ki, onlar bu mürəkkəb problemi bu günkü və gələsək nəsillərin maraqları naminə həll etməyə nail oldu”.

 

BIR CAVAB BURAXIN