“Atletiko” Madrid Alvaro Moratanı icarəyə götürmək niyyətindədir.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Cadena Cope nəşri tərəfindən yayılan məlumatda deyilir. Nəşrin yazdığına görə, bu həftə Alvaro Morata “Atletiko”nun heyətində meydana çıxa bilər. Hələlik “Çelsi” rəhbərliyi ilə əldə edilən razılığa görə, Alvaro Morata bu mövsümün sonuna kimi icarə əsasında Madrid klubunda çıxış edəcək. “Çelsi” isə öz növbəsində Moratanın yerini Qonsalo İquainlə doldurmaq niyyətindədir.