Atatürk hava limanının bağlanma tarixi məlum oldu

0
798

Türkiyənin və dünyanın ən böyük hava limanlarından biri olan İstanbuldakı Atatürk hava limanının fəaliyyətinə 2018-ci ildə son veriləcək.

“Zaman.az” Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyindən məlumt verilib. Nazirlikdən bildiriblər ki, Atatürk hava limanı mövcud tələbləri qarşılaya bilmir. İllik 45 milyon sərnişin tutumuna sahib olan Atatürk hava limanından 2015-ci ildə 62 milyon sərnişin istifadə edib. Məlumatda qeyd olunur ki, İstanbulda inşa olunan 3-cü hava limanı istifadəyə verildikdən sonra Atatürk hava limanının fəaliyyətinə son veriləcək. Bu isə 2018-ci ilə təsadüf edəcək. 2018-ci ildən sonra Atatürk hava limanından yalnız yük və şəxsi təyyarələrin uçuşu həyata keçiriləcək.

BIR CAVAB BURAXIN