Ömrü boyu yük maşınında sürücü işləmiş ata uşaqlarına 2,5 ton ağırlığında qəpik pul miras qoyub. Bütün qəpikləri banka daşımaq üçün yük maşını lazım gəlib. Bütün monetlər 1 və ya 2 pfenniq nominalında olub. Bu valyuta 2002-ci ildə tədavüldən qalxıb. Ata bu pulları 30 il ərzində toplayıb. Banka gətirilən bu qəpiklərin sayılması bir bank işçisinə tapşırılıb, o hər gün pulu saymaq üçün 1 saat vaxt sərf edib və yarım ilə ərzində bu prosesi baş çatdırıb. Atalarından övladlarına 8 min avro miras qalıb.