Astarada ər və arvadı sakitləşdirmək istəyən qonşu öldürüldü

0
745
 

Sentyabrın 14-də axşam saatlarında Astara rayonunun Ərçivan kəndində qətl törədilib.

Arazinfo”Report”-a istinadın bildirir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Yerli sakinlərin bildirdiklərinə görə, 1969-cu il təvəllüdlü Rəhimov Əfqan Tariel oğlu ailə münaqişəsi zəminində 1968-ci il təvəllüdlü həyat yoldaşı Rəhimova Xanım Yədullah qızı ilə mübahisə edib. Bu zaman səsə qonşuluqda yaşayan 1985-ci il təvəllüdlü Kərimov Ağarəhim Əbdülrəhim oğlu gəlib. Oğlan ər və arvadı sakitləşdirmək istəyərkən kişi əvvəlcə qadını, daha sonra Ə.Rəhimovu bıçaqlayıb.

Yaralıların hər ikisi Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan A.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.

Polis tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

BIR CAVAB BURAXIN