Astara-Astara dəmir yolu ilin sonunda istifadəyə veriləcək

0
571
 

Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin dekabrın sonunda istifadəyə verilməsi planlaşdırılıb. Bu yol xətti istifadəyə veriləndən sonra yüklərin daşınması üçün tətbiq edilən tariflər azaldıla bilər.

Bu sözləri İranın Dəmir Yolları İdarəsinin beynəlxalq yükdaşımalar şöbəsinin müdiri Hoseyn Aşuri deyib.

H.Aşurinin sözlərinə görə Qəzvin-Rəşt dəmir yolunun davamı olan Rəşt-Astara dəmir yolu 3 il ərzində inşa edilərək istismara veriləcək. Qeyd olunub ki, Belarusun, Baltikyanı dövlətlərinin və Finlandiyanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərmələri həyata keçirilən işlərin sürətlənməsinə səbəb olacaq.

BIR CAVAB BURAXIN