Asiya milyarderlərin sayına görə ABŞ-ı keçdi

0
753

Asiya regionu 2016-cı ildə milyarderlərin sayına görə ABŞ-ı keçib. APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə “UBS Group” maliyyə holdinqinin məlumatında bildirilir. Məlumata görə, Asiyada  milyarderlərin sayı 117 nəfər artaraq 637-ə çatıb, ABŞ-da isə bu göstərici 563 nəfər təşkil edib. Dünyada ən zəngin insanların ümumi sərvətinin həcmi il ərzində 17 faiz artaraq 6 trilyon dollara çatıb. Bununla belə, pul kütləsinin böyük hissəsinə – 2,8 trilyon dollara, əvvəlki kimi, amerikalılar nəzarət edir. Asiya üzrə isə bu göstərici 2 trln. dollar təşkil edir.  “UBS Group”un məlumatına görə, Asiyada milyarderlərin sayının artması Çində iqtisadi inkişafla bağlı olub. 2016-cı ildə milyarderlərin siyahısına keçən insanların 75 faizi Çin və Hindistandandır.

BIR CAVAB BURAXIN