Aşıq Telli Borçalının (əsl adı Telzadə Qurbanova) özündən 17 yaş kiçik, “Xalq ulduzu” müsabiqəsinin laureatlarından olan Ariz Hüseynovla sevgili olması haqda mətbuatda xəbərlər yayılıb.
Axşam.az xəbər verir ki, ölkə.az saytının yaydığı məlumata görə, cütlük 3 ildir ki, sevgi münasibəti yaşayır. Hətta Arizin valideynləri bir müddət öncə onu evləndirmək istəsə də, Telli onları hədələyərək bu işə mane olub.
Musavat.com məsələ ilə bağlı Ariz Hüseynovla əlaqə saxlayıb. Ölkədə olmadığını bildirən ifaçı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:
“Mən Bakıda deyiləm, ona görə bu məsələ ilə sonra məşğul olacağam, bu söhbətləri yayanlar layiqincə cəzasını alacaq. Bu söhbətləri kimsə qəsdən mediada yaydı. Biz Telli ilə sevgili deyilik, olmamışıq da. Elçilik, Tellini ailəmi hədələməsi yalandır. Media nümayəndələrindən də xahiş edirəm ki, bu məsələni bağlasınlar, ayıbdır”.
Qeyd edək ki, Telli Borçalı 1969-cu ildə, Ariz Hüseynov isə 1986-cı ildə anadan olub.