
Aşıq Samirə Əliyeva bundan sonra heç bir sosial şəbəkədə olmayacaq.
Arazinfo Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü bildirib:
“Artıq heç bir sosial şəbəkə istifadəçisi deyiləm. Xəbər etməyimin səbəbi – mənim adıma profillər açılarsa, aldanmayın!”.
Xatırladaq ki, bir qədər əvvəl müğənni Natavan Həbibi də reper Dado ilə (Səid Əliyev) boşanma qalmaqalından sonra sosial şəbəkələri tərk edib.