Arvadını ilk dəfə kosmetikasız görən ər boşandı

0
609

Birləşmiş Ərəb Əmirliklərində maraqlı hadisə baş verib.

Virtualaz.org Britaniyada dərc olunan “Metro” nəşrinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin 30 yaşlı sakini 24 yaşlı həyat yoldaşını ilk dəfə makiyajsız görəndən sonra boşanmağa qərar verib.

Ölkədəki çimərliklərdən birində dənizə girən qızın qalın kosmetika qatını, qoyma kipriklərini və rəngli linzalarını dənizin suyu yuyub aparıb. Kişinin o da diqqətindən qaçmayıb ki, qadın nə vaxtsa plastik əməliyyat keçiribmiş.

Boşanma xəbərini eşidən qız Əbdül Əziz Asəf adlı psixoloqa müraciət edib. Lakin onun ərini dilə tutmaq mümkün olmayıb.

Psixoloqun sözlərinə görə, qız ərinə hər şeyi olduğu kimi danışacaqmış. Amma bu işdə bir qədər gecikib.

Qeyd edək ki, evliliyə qədər bu cütlük 6 ay da nişanlı olub.

BIR CAVAB BURAXIN