“Artıq vergi ödəmələri ləğv olunacaq”

0
746

 

fazil-memmedov-kursude

 

 

 

 

 

 

“Tezliklə artıq vergi ödəmələri ləğv oluna bilər”. APA xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda vergilər naziri Fazil Məmmədov deyib.

Cənab Prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə ləğv olunacaq. Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla”, – deyə F. Məmmədov bildirib.

Nazir F.Məmmədovun açıqlamasından belə məlum olur ki, indiyədək iş adamlarından, şirkətərdən qanunvericilikdə nəzərdə tutulmayan vergilər də alınıb və alınmaqdadır. Qeyri-müəyyən gələcəkdə bu yığım ləğv oluna bilər.  Bunun adı faktiki olaraq qanunsuz “haqq” yığımıdır. Vergi adı ilə bu cür pul yığımları hamıya məlum olsa da, nazir tərəfindən dövlət tədbirində etiraf edilməsi heyrət doğurur.

“Artıq vergi ödəmələri” nədir, niyə bu vaxtadək alınıb? Kimlərdən və nə qədər alınıb? Hansı əsaslarla yığılıb? İndiyədək bu yolla nə qədər pul toplanıb? Hörmətli nazir bu sualara da cavab versəydi, açıqlaması daha dolğun olardı.

AzPolitika.info

BIR CAVAB BURAXIN