“Artıq hamı anlayır ki, Putin də Yeltsin kimi…”

0
638


 

Rusiyadakı siyasi sistem köhnəlib və dəyişikliklər ərəfəsinə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinə açıqlamasında rusiyalı politoloq Fyodor Kraşeninnikov söyləyib.

“Artıq etirazlar başlayıb. Bunu Aleksey Navalnının filminə baxanların sayı da göstərir. Artıq bu say 10 milyondan çoxdur. Uzun illər ərzində ilk dəfədir ki, ölkədəki situasiyaya tənqidi baxış auditoriyaya bu qədər çatımlı olub. Üstəlik, insanların bu qədər şəhərdə korrupsiyaya qarşı mübarizə ilə bağlı mitinqlər keçirmək istəyi çox şeydən xəbər verir. Bu mitinqlərə çoxlu sayda insan çıxacaq. Putin hazırda Boris Yeltsinin 1996-cı ildəki yaşındadır. O zaman hər kəs anlayırdı ki, Yeltsin artıq qocalıb”, – deyə o bildirib.

 

BIR CAVAB BURAXIN