Ukraynanın erməniəsilli Daxili İşlər naziri Arsen Avakovun istefa verdiyi barədə məlumatlar yayılıb. Hələlik bu məlumatlar rəsmi şəkilfə təsdiqini tapmasa da son vaxtlar Avakovun ətrafında “mühasirə” halqası daralmaqda idi. Buna səbəb onun açıq- aşkar şəkildə Ukraynanın dövlət müstəqilliyinə zərbə vuracaq bəzi addımlar atmağa cəhd etməsi idi. Bəzi ehtimallara görə Arsen Avakov Rusiyanın yardımı və tapşırığı ilə Ukraynada dövlət çevrilişi həyata keçirməyə hazırlaşırmış. Erməniəsilli nazirin həmçinin Rusiya kəşfiyyatına işlədiyi barədə də şübhələr mövcuddur.