Futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayıb.
Rumıniyada təşkil olunan VIII qrupun ilk turunda Joze Alessionun baş məşqçi olduğu komanda Bosniya və Herseqovina “Mostar”ı ilə üz-üzə gəlib. Görüş “Araz”ın qələbəsi ilə yekunlaşıb – 5:2.
Azərbaycan təmsilçisi oktyabrın 12-də “Sent Endryus”la, oktyabrın 14-də isə “Deva” ilə üz-üzə gələcək.