Ara Papyan: “Ermənistan anlayır ki, müharibə Stepanakertin üstündəki bayrağın dəyişməsi ilə qurtaracaq”

0
721
 

Erməni politoloqu, “Modus vivendi ” mərkəzinin rəhbəri Ara Papyan Dağlıq Qarabağdakı vəziyyəti “sürünən müharibə” adlandırıb və bildirib ki, Ermənistanda əla anlayırlar: hərbi hərəkətlərin davamı Xankəndinin üstündə bayrağın dəyişməsinə gətirib çıxaracaq.

Virtualaz.org bildirir ki, onun sözlərinə görə, erməni siyasi rəhbərliyi son zamanlar hərbi pariteti saxlamaq ehtiyacı haqda tez-tez danışırdı və Ermənistan qızğın silahlanmaya qoşulmağa məcbur edildi.

“Sülhün saxlanılması – paritetin saxlanılması siyasidən çox, hərbi məsələdir. Başqa çıxış yolu yoxdur. Erməni tərəfi aydın anlayır ki, bu yalnız adicə müharibə olmayacaq, bu münaqişə “Stepanakert”in (dırnaqlar bizimdir – virtualaz.org) üstündə bayrağın dəyişməsi ilə qurtaracaq”, – deyə “Qafqaz qovşağı” A.Papyandan sitat gətirir.

Politoloq hesab edir ki, dünya ictimaiyyəti Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ehtimalından narahat olub. Onun fikrinə görə, BMT Təhlükəsizlik Şurasının iclasında baş katib Antonio Quterrişin verdiyi bəyanat da bunu təsdiq edir.

Xatırladaq ki, BMT-nin baş katibi fevralın 21-də verdiyi həmin bəyanatında demişdi: “Avropadakı münaqişələrə dair istifadə edilən “dondurulmuş münaqişə” termini aldadıcıdır. Sülh sazişləri bağlanmadıqca və realizə edilmədikcə, gərginliyin bərpası riski qalır – biz bunu keçən il apreldə Cənubi Qafqazda və Dağlıq Qarabağda müşahidə etdik”.

Virtualaz.org

BIR CAVAB BURAXIN