Apreldə alovda qovrulmaqdan güclə xilas olan Movses Akopyan Azərbaycanı hədələdi

0
677
 

Bu gün Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan “Yerkir Media” telekanalına müsahibə verərək Azərbaycanı “dəqiq zərbələrlə” hədələyib.

General Akopyan regionda hərbi-siyasi balansın dəyişkənliyini qeyd edib  və bir sıra amillərdən asılı olduğunu bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Ermənistan silahlı qüvvələri “hərbi-siyasi xarakterli” silahlar almağa nail olub.

“Kim yeni müharibə başlamağa cəhd edirsə bilməlidir ki, onlar üçün hədəfləri 15 metr dəqiqliyi ilə vuran raketlərimiz hazırlanıb. Xüsusən Azərbaycanın siyasi xadimləri bu təhlükəni hiss etməlidir, çünki məhz onlar müharibəyə başlamağa cəhd edirlər”-Akopyan bildirib.

Movses Akopyan lovğalanmağı davam etdirərək deyib ki, yeni silahların alınması 2017-ci ildə də davam etdiriləcək. “Əmin edə bilərəm ki, rəqibin hədəfləri müharibəyə hazırlıq ərəfəsində məhv ediləcək, onlar təmas xəttinə doğru irəliləməyə cəhd edən kimi vurulacaq”-Akopyan bildirib.

Ermənistan ordusunun Baş qərargah rəisinin sözlərinə görə, hazırda təmas xəttində vəziyyət sakitdir. Akopyanın sözlərinə görə, ötən ilin apreli ilə müqayisə edəndə  təmas xəttində gərginliyin müntəzəm azalması müşahidə olunur və Azərbaycan bunu heç də öz xoşuna etmir. “Bu, erməni hərbçilərinin öz şərtlərini diqtə etməsi nəticəsində baş verir”-o bildirib.

Movses Akopyan onu da deyib ki, ötən ilin sentyabrında İrəvanda paradda nümayiş etdirilən “İsgəndər” raketləri Ermənistanın mülkiyyətidir. “Bu, bizim silahdır, onu nə vaxt hara atmağı özümüz müəyyən edirik”-o bildirib.

Bu, həmin Movsesdir ki, ötən ilin aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini idi və Azərbaycan ordusunun dəqiq zərbəsindən canını güclə qurtara bilmişdi. İşğal altındakı Xocavənd rayonunda general Movses Akopyanın və digər yüksək rütbəli erməni komandirlərinin cəmləşdiyi qərargaha Azərbaycan ordusunun TOS-1A “Solntsepyok” ağır odsaçanından necə dəqiq zərbə endirdiyinə dair görüntülər internetdə var.

Doğrudur,  qərargaha endirilən üç odsaçan raketi zərbəsi nəticəsində Movses və digər generallar içəridə olduqlarından sağ qalıblar. Ancaq bu zərbə nəticəsində xeyli düşmən əsgəri onları qəfil bürüyən cəhənnəm alovunda yanaraq məhv olub. Sağ qalanlar üçün isə Qarabağda yanıq əleyhinə dərmanlar tapılmadığından onu Moskvadan təcili sifariş vermək lazım gəlmişdi. Deməli Movses Akopyan indi 15 metr dəqiqliyi ilə zərbə endirmək barədə lovğalanarkən ötən ilin aprelində başına gələnləri unutmamalıydı. Axı general Movses həmin cəhənnəm alovunda öz piyində qızarmaqdan son anda xilas olmuşdu və xeyli müddət ortalarda görünmədi.

Hansı ki, həmin hərbi əməliyyatlarda Azərbaycan ordusu öz arsenalındakı müasir silah sistemlərinin çox az hissəsini tətbiq etmişdi. Və ötən ilin aprelindən sonra da Azərbaycan ordusu öz arsenalını hədəfi nəinki 15 metr, hətta 2-3 metr dəqiqliyi ilə vuran silah sistemləri ilə genişləndirib. Həmin silahların bir qismi hələ nümayiş olunmayıb. Digər tərəfdən Azərbaycan o cümlədən Rusiyadan yeni silah və hərbi texnikanın alınması istiqamətində işləri davam etdirir.

Göründüyü kimi Ermənistan ordusunun yanvar ayının təkcə son 10 günü ərzində təmas xəttində 10-a qədər əsgər itirdiyi, yeni müdafiə naziri Vigen Sərkisyanın silahlı qüvvələrin rəhbəri kimi heç bir xarizmaya malik olmadığı, Serj Sərkisyanın çantadaşıyanı obrazından uzağa getmədiyi bir vaxtda general Movses hədələyici bəyanatlarla efirdə görünməyə qərar verib.

Əgər Movses Akopyan hesab edirsə ki, təmas xəttində gərginliyin azalması onun əsgərlərinin xidmətidir, o zaman bu, Azərbaycan tərəfini təxribata çəkmək və düşmən mövqelərinə pressinqi yenidən artırmaq üçün hərəkətə keçməyə vadar etmək məqsədi güdmür ki? Doğrudanmı general Movses gicişir və əsgər tabutları üçün darıxıb?

İndi Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin, daha yaxşı olardı ki,  Baş qərargah rəisi Nəcməddin Sadıqovun Movses Akopyana cavabını dinləmək maraqlı olardı…

Fərhad Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN