Apellyasiya məhkəməsi Trampın miqrant qadağanını bərpa etmədi

0
819


Bu fərman əhalisi əsas etibarilə müsəlman olan 7 ölkənin vətəndaşlarına ABŞ-a gəlməyi qadağan etmişdi.

Prezident Tramp məhkəmənin qərarını Facebook-da şərh edib: “Məhkəmədə görüşərik. Söhbət ölkəmizin təhlükəsizliyindən gedir” – yazıb Tramp.

Apellyasiya məhkəməsinin qərarında həmçinin deyilir ki, hakimlər məsələnin müxtəlif tərəflərinə baxıblar və milli təhlükəsizliyə hədə olduğuna dair prezident administrasiyası tərəfindən verilmiş “bircə dənə də olsun təsdiq” tapmayıblar.

Eyni zamanda ölkə rəhbərliyi bu qadağan siyahısındakı ölkələrin heç olmasa bircə vətəndaşı tərəfindən ABŞ ərazisində terror aktlarının hazırlanmasına dair heç bir sübut təqdim etməyib.

ABŞ Ədliyyə Nazirliyi bəyan edib ki, məhkəmənin çıxardığı qərarı nəzərdən keçirir və sonrakı addımları barədə düşünür.

BIR CAVAB BURAXIN