Xəbər verdiyimiz kimi, aparıcı Zaur müğənni Elşad Qarayev ilə aralarında münaqişə olduğunu və bu səbəbdən onu “qara siyahı”ya əlavə etdiyini söyləyib.
E.Qarayev bu haqda Big.az-a danışıb. Onunla kiçik müsahibəni təqdim edirik:
– Elşad müəllim, deyəsən Zaurla aranızda anlaşılmamazlıq yaşanıb və o, sizi qara siyahıya salıb. Bu xəbərlər doğrudurmu?
– Birincisi, Allah heç kimi öz qara siyahısına salmasın. Zaur bizim dostumuz, qardaşımızdır, bəlkə bu, bir zarafat olub? Oğlum Rəvan da bu yaxınlarda onun verilişində olub. Özüm də həftənin 4-cü günü efirdə olacağam, məni dəvət edib. Bu halda necə “qara siyahı”da ola bilərəm? Özünüz də bilirsiniz ki, Zaurun verilişi başdan ayağa şoudur.
– Bəs onda niyə Zaur belə bir açıqlama verib, sizcə?
– Zaur zarafat edib. Bilirsiniz ki, o, hər kəslə zarafat edir, yəqin budəfəki hədəfi də mən olmuşam (gülür).
– Zaurun efirdə tez-tez müğənnilərə söz atması hərdən dava-dalaşa gətirib çıxardır. Bir çoxları da onun sözlərindən inciyib verilişi tərk edilər. Sizinlə belə hal yaşanıb?
– Zaur hərdən özünə də söz atır, sonra xəbəri olmadan düşür “radar”a. Kim inciyir çıxmasın efirə, hamı ora gələndə bilir ki bura şou proqramdır, siyasət deyil.