Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə övladlarına baxmayan kişilərin ünvanına ağır fikirlər bildirib.
Publika.az xəbər verir ki, aparıcı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qızının bağçada təşkil olunan tədbirində iştirak edib.
“Həyəcanımın həddi-hüdudu yoxdur. Balam ilk dəfə bağçada bayram tədbirində iştirak etdi. “Analar” gününə həsr olunduğu üçün həyacanlı idim. Valideyn kimi ilk dəfə Diləyimin uğuruna sevincdən ağlayırdım.
Mənim nəfəsim, son günümə qədər yanında, arxanda olacam. Allah bizi heç kimə möhtac etməsin, necə ki, indi hər şeyi təkbaşına edə bilirəm. Məni “Ana” edən Allahıma və sənə təşəkkür edirəm, Diləyim. 4 ildir ki, ana-bala əl-ələ verib yaşadıq, böyüdük, bundan sonrasından qorxum yoxdur. Uşağa sevgi şəkillə, yalan oyunlarla, özünüreklam və artistliklə olmur. Onunla uşağın nə qarnı doyur, nə ruhu qidalanır. Özəl gündə yada salmayanlar, bir kağız parçasını, sənədi balasından əsirgəyən fırıldaqçılar var. Allah hər kəsi belə nankorlardan qorusun”.
Xatırladaq ki, Vüsalə Əlizadə həmkarı Azər İsmayılovla evli olub. Onlar 2013-cü ildə boşanıb. Cütlüyün Dilək adlı bir qızı var.
Azər İsmayılov ötən il ailəsinin seçdiyi xanımla ailə qurub.
Qeyd edək ki, A.İsmayılov qızını sosial şəbəkədə təbrik edib və onun bir yaşında çəkilmiş fotosunu paylaşıb.