Ankaraya NÜVƏ ZƏRBƏSİ: bombalar bu ölkəyə daşınır

0
815

Vaşinqton və Ankara arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə silahlarını Türkiyədən Rumıniyaya daşıyır.

 

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələr Belçikanın “EurActiv” nəşrinə bildirib.

 

Belçika nəşrinin məlumatına görə, bu yaxınlarda baş verən hadisələrdən sonra Birləşmiş Ştatlar Türkiyə hakimiyyətinə etibar etmir. Nəşr qeyd edir ki, təsdiq edilməmiş məlumatlara görə, Türkiyədə “soyuq müharibə” dövründən ABŞ-ın təxminən 50 nüvə döyüş başlığı qalıb. Onlar Suriya sərhədinin təxminən 100 kilometrliyində yerləşən İncirlik təyyarə bazasında saxlanılır.

 

“EurActiv” qeyd edir ki, Deveselu rumın bazası nüvə döyüş başlıqlarının yerləşdiriləcəyi yeni ünvan olacaq.

 

15 iyul dövlət çevrilişinə cəhd Türkiyə və ABŞ arasında münasibətlərin pisləşməsinə səbəb olub. Ankara çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan Fəthullah Gülənin olduğunu iddia edir.

 

Çevriliş cəhdindən sonra Türkiyə hərbçiləri İncirlik bazasını bir müddət mühasirədə saxlayıblar və bazanın komandiri həbs edilib. Bu müddət ərzində ABŞ-ın nüvə silahlarına nəzarət edib-etmədiyi barədə məlumat yoxdur.

 

BIR CAVAB BURAXIN