Almaniya kansleri Angela Merkel Vladimir Putindən Kerçdə baş verən insidentə görə həbs edilən ukraynalı dənizçiləri azad etməyi xahiş edib.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Merkel Putinlə telefon danışığında 24 ukraynalı dənizçinin azad edilməsinin bölgədə gərginliyi azalda biləcəyini söyləyib. O həmçinin Kerç boğazında azad gediş-gəlişin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib.
Öz növbəsində Almaniyanın rəsmi nümayəndəsi Şteffen Zaybert həmçinin deyib ki, tərəflər arasında telefon söhbətində Rusiya qazının 2019-cu ildə Ukrayna ərazisi ilə tranziti məsələsi də müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ukraynalı dənizçilərin azad edilməsini Vladimir Putindən xahiş etmişdi.