Anar Nağılbazın keçmiş həyat yoldaşından reperlə bağlı dəhşətli etiraflar

0
691

Reper Anar Nağılbaz ilk həyat yoldaşından boşanıb.  Arazinfo.com xəbər verir ki, reperin keçmiş xanımı Anjelika axşam.az-a məsələnin təfərrüatlarını danışıb. O bildirib ki, 1 il yarımdır ərindən rəsmən ayrılıb. Amma Anarın istəyi ilə bunu gizli saxlayıb: “Mən onun rəsmi yeganə xanımı olmuşam, uşaqlarının anasıyam. Anar deyirdi, boşanma öz aramızda qalsın. Mən də susdum, oturdum. Eşidirəm ki, ikinci dəfə evlənir. Boşanmış insan evlənə bilər, normaldır, xoşbəxtlik arzulayıram. Amma bu insan iki övladına baxmır, maraqlanmır. Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq etsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin. Boşanmağımıza evsizlik, baxımsızlıq səbəb olub. Bu vaxta kimi susmağıma səbəb qayınatam idi. İndiyə kimi uşaqlara babası dəstək olub. Biz ailə qurandan mən Anarın yox, qayınatamın çörəyini yemişəm”.

Anjelika ailədə yaşanan söz-söhbətlərdən bəhs edib: “Anara dövlət tərəfindən verilən üçotaqlı ev satılıb. Sonra başqa bir ev alınıb. Mənimlə ailə qurduqdan sonra Anarla orada yaşadıq. Həmin evdə qaynımın ailəsi qeydiyyatda idi. Uşaqlar olandan sonra ora sığmadığımızı dedilər və satdılar. Qaynım ailəsi ilə ayrı yaşayırdı, boşandı, bizim yanımıza köçdü. Yenə də dava, söz-söhbət başladı. Qayınanam da mənimlə mübahisə edirdi.

Yenə ev satıldı, Anar dedi ki, ana-atamdan ayrılmıram, istəyirsən, sən get. Mən də ailəmi dağıtmamaq üçün qoşuldum ona, getdim. Darısqal bir evə yığışdıq. Uşaqlara heç nə çatdıra bilmirdim. Qayınatam da neçə ailəyə baxırdı, çatdıra bilmirdi. O evi də satdılar. Ev tikilməsi üçün Masazırda torpaq götürüldü. Qayınatam dedi ki, uşaqlarım üçün ev tikiləcək. Mənim uşağım orada bir gün qalmadı. Qaynım gedib yenidən evləndi, orada yaşadı. Anar Azərbaycandan çıxıb getdi. Mən də qayınatamın yanında qaldım. Çətin vəziyyətdə idim. Bunları danışmaq istəmirdim. Görürəm ki, uşaqlarım da əziyyət çəkir. Bu haqsızlığa çox dözdüm. Uşaqlarıma görə bundan sonra heç bir haqsızlığa dözməyəcəyəm”.

Reperin keçmiş xanımı bildirib ki, kirayədə yaşayır, amma evin pulunu ödəyə bilmir: “Məhkəmələrdə qalmışam. Qayınatamın xahişi ilə kirayədə yaşadım. Dedi ki, Masazırdakı evi satıb sizə ev alacam, kirayə pulunuzu da verəcəyəm. Hələ də ev satılmır, biz də evsiz qalmışıq. Anara zəng edirəm ki, uşaqlara sahib çıx. Mənə cavab vermir, yazır küçələrdə qalıram, məni “blok” edib. Öz uşağının məktəbi ilə maraqlanmır, ayaqqabı, paltar almır, gedib evlənir?”

Anjelika bildirib ki, özü də işsizdir: “Əvvəl çalışırdım, indi çatdıra bilmirəm. 2 aydır qaldığım evin kirayəsini ödəyə bilmirəm. Qızım hazırlığa getməlidir, amma pul yoxdur. Anara deyirəm ki, 100 manat sən düzəlt, 100 manatını mən hazırlayım. Deyir, mən işləmirəm, küçələrdəyəm. Oğlum üçüncü sinifdə oxuyur. Babası əməliyyata gedib, deyib 2 ay vaxt ver, sizə baxa bilməyəcəyəm. Ancaq alimenti yollayacayam. 200 manat alimentdir. Bununla necə uşaq saxlayım? Bu yaxınlarda qızımızın ad günü idi. Anar ona guya təbrik yazıb. İndi onu da yayımlamanızı istəyirəm”.

 

BIR CAVAB BURAXIN