“Amerika genetikləri Gəncə yaxınlığındakı bu yer haqqında bizdən çox bilirlər…”

0
936

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm…” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır..

“Amerikanın Azərbaycandakı səfirlərinin hər biri işlədikləri müddətdə Qızılbulaqda olub…”

 “…Başqa bir araşdırma materialında isə qeyd olunur ki, professor, Moskva Tibb Universitetinin müəllimi Gennadi Nikolayeviç Satarov (əslində o, genetik Vasili Vasilyeviç Qriqoryevdir) Azərbaycanı yaxşı bilir. Respublikanın ictimai-siyasi mühiti, regionda baş verən genetik dəyişmələr haqqında onun 1953-cü ilin son altı ayı ərzində 12 “Məxfi Arayışı” olub. O, bu arayışları şəxsən N.S.Xruşşovun adına yazıb.

Xruşşov: “Nə üçün bizim genetiklər o yerin sirrini açmaqda aciz qalıblar?..”

 Professor V.V.Qriqoryev 1953-cü il sentyabrın 19-da yazdığı 10 səhifəlik “Məxfi arayışı”nda  qeyd edir:

“…1953-cü ilin sentyabr ayının 17-də Kremlə dəvət olundum. Mən ölkənin başçısı N.S.Xruşşovla görüşdüm. O, mənim hazırladığım kəşfiyyat qovluğuna işarə edərək dedi:

“Bütün bu yazdıqların, elmi qeydlərin bizim üçün çox vacib bir məsələdir. Azərbaycanda daha nə edə bilərik?.. Məsələn, Amerika alimləri, dəqiq deyim ki, genetikləri Kirovabad(Gəncə- S.L.) ərazisindəki Qızılbulaq haqqında bizdən çox bilirlər. ABŞ səfirliyi bizə müraciət edib. Amerika genetikləri Qızılbulağa gəlmək niyyətindədirlər. Nə üçün? O yerlərdə nə var? Nə üçün bizim genetiklər o yerin sirrini açmaqda aciz qalıblar?

Mən isə  belə cavab verdim:

– Nikita Sergeyeviç, məsələ siz düşünən kimi deyil. Qovluqlarda Qızılbulaq haqqında kifayət qədər məlumat var. Onun bir qismini mən yazmışam, mən tədqiq etmişəm…

N.S.Xruşşov cavabında bildirdi:

– Belə çıxır, aramızda hələ də amerikalılarla təmasda olan adamlar var. Qızılbulaq haqqında məlumatlar, onlarda hardandır?..

Baş katibin bu sualı cavabsız qaldı…”

“Qızılbulaq Gəncə zəlzələsindən də  salamat çıxıb…”

Araşdırma materiallarına görə, amerikalılar Qızılbulaq yaşayış məntəqəsini almaq niyyətində olublar. Maraqlıdır ki, Amerikanın Azərbaycandakı səfirlərinin hər biri işlədikləri müddətdə Qızılbulaq yaşayış ərazisində olublar. Biz bununla bağlı hazırladığımız kitabda geniş məlumat vermişik).

Məlumata görə, kəşfiyyat sənədlərində qeyd olunan Qızılbulaq yaşayış məntəqəsi indiki Qarayer və Qırıqlı, Nadil yaşayış məntəqələrini əhatə edir. Məxfi arayışlardan aydın olur ki, Qızılbulaq ərazisi yeganə yaşayış məntəqəsi olub ki, baş verən zəlzələlərdən, daşqınlardan, digər təbii fəlakətlərdən həmişə kənarda qalıb. Məsələn, məşhur Gəncə zəlzələsində bütün yaşayış məntəqələri zərər çəkib. Lakin Qızılbulaq bu təbii fəlakətlərdən salamat çıxıb…

“Hamilə qadınlar üçün tutulan ayrıca xəmirə  bu yerin torpağından bir qramdan da az torpaq səpərdilər…”

Başqa bir materialda isə bildirilir ki, bu yerlərin adamları vaxtilə çörək bişirəndə ailələrindəki hamilə qadınlar üçün ayrıca xəmir tutardılar. Həmin xəmirə isə Qızılbulaq torpağından bir qramdan da az torpaq səpərdilər… Bu hikməti anlamaq mənimçün çətin oldu. Məlumata görə, xəmirə qatılmış bir qramdan az olan torpağın hikməti isə daha böyük idi. Bir qram torpaq məlum olur ki, hamilə qadınların ürək-damar sistemini normallaşdırır, qan təzyiqlərini və şəkəri aşağı salır, beyin fəaliyyətini gücləndirir. Doğulan uşaqlara gəlincə, onlar arasında nə xəstəlik olur, nə də hüceyrə zədələnmələri baş verirdi. Qızılbulaqda ən ağır və ən ciddi, təhlükəli xəstəliklərə qarşı güclü immunitetli uşaqların doğulması və s. tariximizdə və genetikamızda möcüzə olaraq qalır.

Lakin bütün bunlar Kremldə əyləşənlərin ürəyincə deyildi…”

(Davamı var)

Təqdim etdi: Sultan Laçın