AMEA-da AXC-nin 100 illiyi ilə bağlı konfrans keçirilib

0
839

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən dekabrın 19-da “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib.
 AMEA Tarix İnstitutu mətbuat xidməti tərəfindən Arazinfo.com-a verilən məlumata  görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutunun birgə geçirdiyi
 konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və başqaları çıxış ediblər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Tarix İnstitutunun son illərdəki fəaliyyəti barədə geniş məlumat verib, Cümhuriyyətlə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirib və tədqiqat işlərində ən böyük çətinliyin tarixçilərin dil biliklərinin zəif olması ilə əlaqələndirib: “Həm tarixçilər, həm ədəbiyyatçılar, ümumiyyətlə, tədqiqatçılar bir neçə xarici dil öyrənməlidirlər”.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, dünyanın, o cümlədən müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. O, Cümhuriyyət dövrü haqqında geniş məlumat verib və bugünkü tədqiqatlardan bəhs edib.
İnstitut direktoru bildirib ki, Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Tarix İnstitutu 2004-2005-ci illərdə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Qeyd edək ki, bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

BIR CAVAB BURAXIN