Almeyda Azərbaycan vətəndaşlığından imtina edib?

0
557

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” Çempionlar Liqasının I təsnifat mərhələsi üçün sifariş ərizəsini göndərib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssis 21 futbolçunun xidmətindən yararlanacaq.

 

Onlar arasında “Qarabağ”dan “Astana”ya keçən Riçard Almeyda da var. Maraqlıdı ki, Qazaxıstan çempionunun yeni 20 nömrəsi braziliyalı futbolçu kimi sifariş olunub. Halbuki 29 yaşlı orta sahə oyunçusu Azərbaycan vətəndaşlığını daşıyır və milli komandamızın üzvüdü.

BIR CAVAB BURAXIN