Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiya ilə Türkiyə arasında yeni hərbi ittifaqın yaradılması ehtimalını inkar edib.
Bununla əlaqədar Almaniya XİN başçısı “Bild” nəşrinə deyib: “Yaxşi haldır ki. ötən il türk qırıcısı Rusiya bombardmançısını vurduqdan sonra yenidən yaxınlaşma var. Lakin bununla birlikdə, ölkələr arasında münasibətlərin NATO ilə əməkdaşlığa rəqib timsalında yeni hərbi ittifaq yaradılacaq qədər yaxın olacağını düşünmürəm. Türkiyə ANTO-nun vacib tərəfdaşıdır və belə də qalmalıdır”.