Alimlərdən ŞOK ARAŞDIRMA: Yerdə bizdən əvvəl həyat olub və yadplanetlilər…

0
731

Dünyanın müxtəlif ölkələrində, ayrı-ayrı illərdə aşkarlanmış qədim dövrə aid əşyalar, maddi tarixi mənbələr alimlərin Yer üzündə bizdən də əvvəl həyatın olması qənaətinə gəlmələrinə əsas verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada qədim dövrlərə aid çoxlu sayda əşyaların – artefaktların mövcudluğu bizim sivilizasiyadan əvvəl başqa sivilizasiyanın olduğunu göstərir.

Məsələn, Ekvadorda tapılmış, yaşı 2000 ildən çox olan fiqurlar astronavtları xatırladır.

Daş boşqablar isə Nepalda aşkarlanıb. Onların yaşı 12 min ildən çoxdur. Yastı daşın üzərindəki təsvirlər və dəqiq xətlər tədqiqatçıları onun bizim sivilizasiyadan kənar mənşəyə malik olması haqda qənaətinə gəlməsinə əsas verib. Axı qədim insanlar daşı belə məharətlə emal edə bilmirdilər. Bundan başqa, boşqabda yadplanetli obrazını xatırladan varlıq təsvir edilib.

Arxeoloqlar Yer kürəsində vaxtilə yaşamış və trilobit adlandırılan varlığın izlərini aşkarlayıblar. O 600-250 milyon il əvvəl mövcud olub, sonra isə ölüb.

Amerika alimlərindən biri trilobitin üzərində insan ayağının, o cümlədən çəkmənin izinin daşlaşmış formasını da tapıb. Darvinin təkamül nəzəriyyəsinə əsaslansaq, insan 260 milyon il əvvəl necə mövcud ola bilərdi?

Peru Dövlət Universitetində daşdan hazırlanan insan fiqurunun (“İKİ daşları) yaşının 30 min il olduğu üzə çıxıb. Fiqurda əynində paltar, başında şlyapa olan insan əlindəki teleskopla səmanı müşayiət edir. Axı 30 min il əvvəl hansı insanın səmanı seyr etməsindən necə söhbət gedə bilər? Bir də ki, həmin dövrdə hansı insanın əynindəki paltarla gəzməsindən danışmaq olar? Hələ onun əlindəki teleskopla səmanı müşayiət etməsini demirik. Belə çıxır ki, o, astronomik biliklərə malik imiş. Axı biz yaxşı bilirik ki, Qaliley teleskopu cəmi 300 il bundan əvvəl ixtira edib. Bəs 30 min il bundan əvvəlki teleskopu kimə məxsusdur?

Bizim eradan təxminən 5000 il əvvəl qədim Çində nefritdən böyük daş diskləri yerli zadəganların qəbirlərinə qoyulurdu. Onların istehsal üsulu, indiyə qədər alimlər üçün tapmaca olaraq qalır. Axı nefrit olduqca möhkəm daşdır.

Misirşünas alim Uolter Braymanın qədim mistik artefakt fərziyyələrinə görə bu, naməlum mexanizmin bir hissəsidir. Onu 1936-cı ildə Misirşünas Uolter Brayan bizim eradan əvvəl, təxminən 3100-cü ildə yaşamış Mastaba Sabu məqbərəsinin müayinəsi zamanı tapıb.

Çevrəsinin diametri təxminən 70 santimetr təşkil edən bu analoqsuz artefaktın hansı mexanizmin tərkib hissəsi olması hələ də elm üçün sirr olaraq qalır. Ola bilər ki, Sabu diski beş min il əvvəl hansısa əhəmiyyətli rola malik imiş. Lakin alimlər bu mürəkkəb strukturun sirrini hələ də aça bilməyib.

1852-ci ildə elmi jurnallardan biri 600 milyon il yaşı olan vazaların tapılması haqda maraqlı xəbər dərc etdi. Məlum oldu ki, karyerlərdən birindəki qazıntı işlərində tapılmış bu qabların uzunluğu 12 santimetrdir. Üzərində güllərin aydın təsviri olan bu qablar dağ süxurlarının içində aşkarlanmışdı.

Daşa dönmüş 12 futluq (3,7 metr) nəhəng 1895-ci ilin dekabrında İngiltərənin Antrim şəhəri ərazisindəki dağlıq ərazidə aparılan qazıntı işləri zamanı tapıldı. Nəhəngin şəkilləri “Strend” Britaniya jurnalının 1895-ci ilin dekabrında işıq üzü görmüş sayından götürülüb. Onun sinəsinin eni 6,6 fut (2 metr.), əllərin uzunluğu – 4,6 futdur (1,4 metr). Maraqlıdır ki, onun sağ əlində 6 barmaq olub.

Yeri gəlmişkən, altı barmaqlı insanlar “Bibliya”da da xatırlanır.

Daha bir nəhəng adamın omba sümüyü 1950-ci illərdə Türkiyədə, Efvrat vadisində aşkarlandı. Sümüyün uzunluğunun 120 santimetr olması onun necə nəhəng insana məxsus olduğunu göstərir. ABŞ alimi Co Teylor sümüyün bərpasına əsasən bu nəhəngin boyunun 5 metrə yaxın olduğunu müəyyənləşdirdi.

İnsanın ayaq altının böyük izi ABŞ-ın Texas ştatında, Qlen-Rouzda, Pelaksi çayında tapılıb. İzin uzunluğu 35,5 santimetrdir. Paleontoloqların sözlərinə görə, belə böyük izə malik qadının boyu təxminən üç metr olub.

Nevada ştatında yaşamış sarısaçlı nəhənglərin boyu isə 3,6 metrdir. 1931-ci ildə tapılmış skeletlərdən birinin boyu 2,4, digərinin isə 3 metrə yaxın olub.

Voldemar Culsrudun kolleksiyasından olan dinozavr “atlı”sı 1944-cü ildə Mexikonun şimalında tapılıb.

Qədim yaylar, yivlər və metalları istənilən emalatxanada tapmaq olar. Fotodakıların isə 100 min il yaşı var. Halbuki o dövrdə yaylar, yivlər və metalları hazırlayan hər hansı sexin mövcudluğundan söhbət belə gedə bilməzdi. Bunlar Rusiyada, Ural dağlarında 90-cı illərdə aşkarlanıb.

ABŞ-ın Nevada ştatındakı Fişer Kanyonunda qranit üzərindəki ayaqqabı da qədim dövrə aiddir. 15 milyon il yaşı olan bu artefakt bir sıra suallara yol açır. Milyon illər bundan əvvəl Yer üzündə ayaqqabı haradan, kimin vasitəsilə peyda olmuşdu?

Ən qədim artefaktların böyük xəzinəsini ildə Elias Sotomayorun başçılıq edirdi ekspedisiya 1984-cü ildə Ekvadorun La Mana dağ massivində doxsan metr dərinlikdə aşkarladı. Onlar tuneldə 300 daş məmulat aşkar etmişdilər.

Tapıntılardan biri də daşdan hazırlanmış qədim qlobus idi. Onun üzərindəki rəsmlər qədim dövrdə, sivilizasiyamızdan əvvəlki sivilizasiyada yaşayanların böyük dəqiqliyə malik olduğunu sübut edir.

Sotomayorun tapıntılarından biri də 13 ədəd qədim qablardır. Maraqlıdır ki, onlardan 12-i eyni, 1-i isə bir qədər böyük ölçüdədir.

Anar Tağıyev

BIR CAVAB BURAXIN