Alimlər Marsda meyvə-tərəvəz əkməyi planlaşdırır

0
631

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mütəxəssisləri Marsda xurma palmaları, kahı, pomidor və çiyələk əkməyi planlaşdırırlar.

“Qafqazinfo” xəbər verir ki, BƏƏ hökuməti bitkilərin əkilməsi üçün təxminən 5,5 milyard dollar xərcləmək niyyətindədir.

Alimlər onların ölkəsinin “qırmızı planet”lə oxşarlığını qeyd edirlər. Bunu əsas gətirən mütəxəssislər Marsın xurma, çiyələk və pomidor yetişdirilməsi üçün əlverişli olmasına inanırlar.

Yaxın vaxtlarda alimlər “qırmızı planet”də su tapmaq və onu mühitinin xüsusiyyətləri barədə daha çox öyrənmək fikrindədirlər.

Qeyd edək ki, BƏƏ hökumət Marsda şəhər salmaq üçün dünən yeni kosmonavtların qəbulu üçün müsabiqə elan edib.

BIR CAVAB BURAXIN