Alen Delon əməliyyat olundu – o ölüm ayağındadır

0
660

z

Məşhur fransız aktyoru Alen Delon əməliyyat olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə “Le Parisien” qəzetinə aktyorun qızı Anuşka xəbər verib.

“10 gündür atam xəstəxanadadır. Onun ayağında femoral arteriyanı əməliyyat ediblər. 2-3 il idi atamın ayağında qan yaxşı dövr etmirdi. Hazırda vəziyyəti ağırdı”.

Bəzi mənbələr 81 yaşlı aktyorun bu ilin avqustunda xanımı, aktrisa Mirey Darkın ölümündən sonra vəziyyətinin pisləşdiyini qeyd edib.

Lakin bu məsələyə də aydınlıq gətirən Anuşka xəbərin doğru olmadığını vurğulayıb:

“Düzdür, Mireyin ölümü hamımıza pis təsir etdi. Xüsusən atam ondan sonra sarsıldı. Amma onun hazırkı vəziyyətinin Darkın ölümü ilə heç bir əlaqəsi yoxdur. Ölənlə ölməzlər. Onun uşaqları var”.

Qeyd edək ki, A.Delon ilə M.Dark 15 il idi ki, evli olublar. Aktyor xanımının ölümündən sonra “Mirey yoxdur, mən də gedə bilərəm” cümləsini işlədib.

BIR CAVAB BURAXIN