AKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

0
884

 

Hər bir ölkənin iqtisadi təhlükəsizliyi ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir. Bu baxımdan ərzaq məhsulları ilə ölkənin özünü tam təmin etməsi, tələbatın yerli istehsal hesabına ödənilməsi bugün qarşıda duran ən vacib hədəflərdən biridir. Əhalinin qida rasionunda əsas yerlərdən birini tutan quş əti və yumurta istehsalının da daxili tələbat hesabına ödənilməsi əhəmiyyətlidir. Ona görə də ölkədə quşçuluğun inkişafı ökə rəhbərliyinin də daim diqqət mərkəzində olub.Dövlət quşçuluğu inkişaf etdirmək istəyir, ancaq…

5d77f083-2ee6-48e4-8250-61cab5b06334

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda quşçuluğun inkişafına xüsusi diqqqət ayrılması tapşırılıb. Dövlət başçısı tərəfindən konfransda quşçuluğun inkişafı, quş əti və yumurta istehsalının artırılması, tələbatın yerli istehsal hesabına tam ödənilməsi və ixrac potensialının əldə edilməsi barədə tapşırıqlar verilib.

Bu tapşırığa uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatdan artıq güzəştli kredit verilib. Ancaq bu sahədə idxaldan asılılıq hələ də aradan qaldırılmayıb.

Buna görə də, noyabrın 3-də (2016) Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə bəzi ərzaq məhsulları ilə yanaşı, toyuq əti və yumurtalarına da yüksək gömrük idxal rüsumlarının tətbiq olunması qərara alınıb. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Hansı ki, əvəllər bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi…

Ancaq əlavə tədbirlər görülməzsə, bu qərarın da ciddi nəticə verəcəyini söyləmək çətindir.

Azərbaycan özünü quş əti və yumurta ilə necə faiz təmin edir?

419392_469805

Belə ki, rəsmi qurumların açıqlamalarından belə məlum olur ki, Azərbaycanın özünü quş əti və yumurta ilə təminetmə səviyyəsi 100 faizə yaxındır. 2015-ci ilə aid olan rəsmi statistikaya əsasən, Azərbaycan özünü quş əti ilə 98,6 faiz, yumurta ilə isə 99,7 faiz təmin edə bilir. 2010-cu ildə yumurta ilə təminetmə 98 faiz təşkil edib.

Hətta Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Beynəlxalq Quşçular Forumunda bildirib ki, intensiv inkişaf sayəsində ölkə 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir.

Ancaq bu məhsullara əhalinin tələbatı, idxalla bağlı rəsmi rəqəmlər, eləcə də quşçuluq təsərrüfatlarının xaricdən aldığı yumurta ilə bağlı müxtəlif mənbələrdən daxil olan məlumatlar bunu təkzib edir. Quş əti ilə bağlı araşdırmanı sonraya saxlayaraq, konkret yumurta idxalı ilə bağlı faktlara, saytımıza verilən məlumatlara toxunmaq istərdik.

Ekspertlərin apardığı hesablamalar göstərir ki, ölkə əhalisinin yumurtaya tələbatı 2 milyard 600 milyon ədəd təşkil edir. Belə ki, kənd təsərrüfatı ekspertlərinin hesablamalarına görə, adambaşına illik yumurta norması 280 ədəd olduğu halda, ölkədə adambaşına 160 ədəd yumurta istehsal olunur ki, bu da normanın 55 faizi qədərdir.

Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Ötən illər ərzində ölkədə təxminən 1,1- 1.3 milyard ədəd yumurta istehsal edilib. Son bir-iki ildə bu rəqəm bir qədər yüksəlib. Belə ki, rəsmi statistikya görə, 2014-cü ildə respublikada 1,5 milyard ədəd (703.3 mln ədədi sənaye üsulu ilə), ötən il 1,6 milyard, bu ilin 9 ayında isə 1,2 milyard yumurta istehsal edilib. Bu da tələbatın 50-60 faizi səviyyəsindədir. Tələbatın qalan hissəsinin isə idxal hesabına ödənildiyini söyləmək olar.

İdxal rəqəmləri həqiqəti əks etdirirmi: 160 milyon hara, 46 milyon hara?

yumurta_esas_44

Ancaq idxalla bağlı rəqəmlər ölkədə yumurta qıtlığının olduğu təsəvvürünü yaradır. Belə ki, rəsmi rəqəmlərə görə, 2010-cu ildə ölkəyə 25,73 milyon ədəd, 2013-cü ildə 46 milyon 183 min ədəd, ötən il 5,33 milyon ədəd, bu ilin yanvar-sentyabr aylarında isə 37 milyon ədəd yumurta gətirilib. Ölkədə heç vaxt yumurta qıtlığı olmadığından və idxal statistikasındakı belə ziq-zaqlar bu rəqəmlərin həqiqəti əks etdirdiyinə şübhə yaradır.

Qeyd olunan rəqəmlər nəinki ölkəyə idxal olunan ərzaq, hətta damazlıq yumurtanın belə sayının xeyli altında qalır. Bunu quşçuluq təsərrüfatlarının özlərinin təqdim etdiyi rəqəmlər əsasında aparılan hesablamalar da göstərir. Belə ki, bir neçə il əvvəl respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının təqdim etdiyi rəqəmlər əsasında aparılan hesablamalar gösərirdi ki, ölkədə yalnız damazlıq yumurtaya olan tələbat 60 milyon ədəd təşkil edib. Quşçuluq təsərrüfatları bunun da 28 milyon ədədini yerli istehsal, 32 milyon ədədini isə idxal hesabına ödədiklərini bildiriblər.

Ölkəyə il ərzində, təxminən, 70 milyon damazlıq yumurta idxal edilir

37841__1_

Sonrakı illərdə isə il ərzində ölkəyə azı 50 milyon ədəd mayalanmış (damazlıq) yumurta idxal olunub.
“AzPolitika” isə dəqiqləşdirib ki, hazırda bu rəqəm, təxminən, 70 milyona çatıb. Məlumata görə, son illər ümumilikdə ölkəyə il ərzində təxminən 150 milyon yumurta idxal edilir ki, bunun da 70 milyonunu damazlıq yumurtalar təşkil edir. İdxalı həyata keçirən isə əsasən quşçuluq təsərrüfatlarıdır.

Qeyd edək ki, hazırda damazlıq yumurtanın 1 ədədinin idxal qiyməti 45-60 qəpik arasında dəyişir. Hətta daha keyfiyyətli damazlıq yumurtanın qiyməti 80 qəpiyə, 1 manata qədər yüksəlir. Bu isə hər il damazlıq yumurta idxalı üçün milyonlarla dollar valyutanın xaricə axmasına səbəb olur. Uzun illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu sahəyə ayrılan pullardan səmərəli istifadə olunmaması, yerli damazlıq təsərrüfatlarının inkişaf etdirilməməsi ölkədən hər il 10 milyonlarla valyutanın xaricə axmasına yol açır.

Yumurta üçün xaricə axan milyonlardan ermənilərə də pay çatır!

2015-12-23-09-43-25dollar-yeni-640

Daha dəhşətli fakt isə odur ki, xaricə axan bu 10 milyonlardan erməni iş adamlarına da əhəmiyyətli pay çatır! Belə ki, Azərbaycana damazlıq yumurta Türkiyə, Çeхiya, Bolqarıstan, Hollandiya və İrandan gətirilir. Həm yaxın, həm də daha ucuz olduğu üçün quşçuluq təsərrüfatları üstünlüyü əsasən Türkiyə və İrana verirlər. Türkiyədə hazırda keyfiyyətli damazlıq yumurta 50-55 qəpiyə alınır.

Türkiyədə Azərbaycanın broyler şirkətlərini damazlıq yumurta və cücə ilə təchiz edən əsas şirkətin 2 ortağı isə ermənidir. Söhbət “Emre Piliç Gida Sənaye və Ticarət Limited” şirkətindən (qısaca olaraq “Emre Piliç”.) gedir. Bu şirkətinin səhmdarları arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan adlı iki erməni də yer alır!

Türkiyə Ticarət Sicili Qazetesinin (Türkiyə Odalar və Borsalar Birliyinin rəsmi yayım orqanı) 2014-cü il, dekabrın 12-də dərc edilmiş sayında yer alan məlumata gərə, “Emre Piliç” şirkətinin Səhmdarlar Şurasına aşağıdakı şəxslər daxildir:

Ömər Oral, Ömür Oral, Onur Oral, Mert İbrahim Daştan, Seyhan Davutoğlu Daştan,Arto Sevan Oskayan və Andarnik Raffi Bozacıyan.

173623“Emre Piliç” şirkətinin internet ünvanında (www.emrepilic.com.tr) bildirilir ki, 1996-cı ildə Türkiyənin Kocaeli bölgəsində qurulub. Hazırda 4 bölgədə – İzmit, Mudurnu, Nallıhan və Ayaşda fabrikləri, 9 quşçuluq təsərrüfatı və 279 işçisi var. Şirkət istehsal etdiyi məhsulları Türkiyə bazarında satmaqla yanaşı, 70 faizini xarici ölkələrə ixrac edir.
Emre Piliç” xarici bazarlara 2008-ci ildə açılıb. 2012-ci ildə 23 milyon, 2013-cü ildə 44 milyon, 2014-cü ildə isə 60 milyon ədəd yumurta ixracı həyata keçirib. Ötən il isə şirkət 100 milyon ədəd damazlıq yumurta ixrac edib. Şirkətin ixrac həyata keçirdiyi ölkələr Rusiya, Ukrayna, İran, İraq, Azərbaycan, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı və Gürcüstandır. Şirkət bu ölkələrin bəzilərinə toyuq əti, bəzilərinə cücə, bəzilərini isə damazlıq yumurta ixrac edir. Azərbaycanın quşçuluq təsərrüfatları da da bu şirkətdən əsasən damazlıq yumurta alır.

Səhmdarı ermənilər olan şirkətin Azərbaycandakı tərəfdaşları kimlərdir?

Emre_Pilic

Bəs bu şirkətdən yumurta və cücəni hansı şirkətlər idxal edir? Ötən il “Virtualaz.orq” saytının apardığı araşdırma nəticəsində Azərbaycandan bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb. Yəni əksər quşçuluq təsərrüfatlarının, səhmdarları arasında 2 erməninin olduğu şirkətlə əməkdaşlıq etdikləri – “Emre Piliç”dən əsasən damazlıq yumurta aldıqları məlum olub.

Erməni bicliyi

Bəs “Əmrə Piliç”in səhmdarları arasında ermənilərin olduğu üzə çıxandan sonra nə baş verib? “AzPolitika” araşdırıb ki, bu fakt ictimailəşəndən sonra bir çox quşçuluq təsərrüfatları, o cümlədən “Emre Piliç”in əsas tərəfdaşlarından biri olan “Həmzə broyler” bu əməkdaşlığı – “Əmrə Piliç”dən yumurta alınmasını dayandırıblar. Lakin bu çox qısa çəkib və tezliklə erməni və türk ortaqlar Azərbaycandakı biznesin davam etdirilməsinin yolunu tapıblar. Belə ki, “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında sözügedən 2 erməninin olmadığı yeni şirkətlər – “Orallar” və “Qaranti”ni təsis edərək, Azərbaycan istiqamətində biznesi bu şirkətlər üzərindən həyata keçirməyə başlayıblar. Ancaq heç şübhəsiz ki, “Orallar” və “Qaranti”nin faktiki sahibləri arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Başqa sözlə, Oskayan və Bozaçıyan hal-hazırda da Azərbaycana damazlıq yumurta ixrac edirlər və bu biznesdən hər il onların büdcəsinə milyonlar daxil olur!

IMG-20161212-WA0001

Bəs hazırda “Emre Piliç”in məhsularını satan “Orallar” və “Qaranti” adlı şirkətlərdən damazlıq yumurta alan şirkətlərin – “Saba” ASC-nin, “Siyəzən Broyler”in, “İmişli Quşçuluq”un, “Zirə Broyler”in, “Mərcan Broyler”in, “Zabrat toyuqçuluq”un, “Qaraqaşlı Broyler”in və digərlərinin sahibləri kiminlə tərəfdaşlıq etdiklərinin fərqindədirlərmi? 

“Emre Piliç”in əsas ortaqlarından biri Ömür Oral tez-tez Bakıya nə məqsədlə gəlir və Oskayan və Bozaçıyanın rəsmi ortağı olan bu şəxsə neft biznesinə də girişməyə kimlər yardım edir?

Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Baytarlıq Xidməti və digər dövlət qurumları səhmdarları ermənilər olan şirkətin Bakı ilə birbaşa və dolayı əməkdaşlığına necə baxır?

BU BARƏDƏ NÖVBƏTİ YAZIDA!

R. Əliyev
AzPolitika.info

BIR CAVAB BURAXIN