AI 2020-ci ilə qədər prioritet sahələri maliyyələşdirmək üçün əlavə 6.3 milyard € təmin edən layihə həyata keçirəcək

0
654

AI 2020-ci ilə qədər prioritet sahələri maliyyələşdirmək üçün əlavə 6.3 milyard € təmin edən layihə həyata keçirəcək

 Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə/Avropa Komissiyasının vitse-prezidenti  Federika Moqerini; Avropa Komissiyasının vitse-prezidenti  Kristalina Corciyeva və Avropa Komissiyasının vitse-prezidenti  Cörki Kəteynen

Yüksək səy tələb edən zamanlar bizi onları yeni düşüncə ilə qarşılamağa səsləyir. Yenilik ilə. Gələcəyi görərək. Öz daxili inkişafımızı və vətəndaşlarımızın rifahını  təşviq etməliyik. Və qonşu ölkələrlə onların inkişafı, sabitliyi və rifahını dəstəkləmək üçün əməkdaşlıq etməliyik. Yalnız müştərək işlə, dövlət və özəl sektorları, maliyyə institutlarını və vətəndaş cəmiyyətini cəlb edərək bu çətinliyin öhdəsindən gələ bilərik. Avropa Komissiyası olaraq biz hazırda nümunə oluruq. Ehtiyacların artdığı və ehtiyatların azaldığı bir vaxtda Avropa Komissiyası ictimai maliyyəni davam etdirmək üçün yeni üsullar irəli sürməli oldu. Bunu bu həftə yenidən həyata keçirməli olduq. 2020-ci ilə qədər prioritet sahələri maliyyələşdirmək üçün əlavə 6.3 milyard € təmin edən Aİ büdcəsinin ümumi icmalını təqdim etdik. Həmin məbləğ büdcədən istifadəni dəyişikliklərə uyğunlaşdırır və kiçik və orta bizneslər (KOB-lar), həmçinin qeyri-hökumət təşkilatları üçün əlavə rəsmiyyətçiliyi aradan qaldırır. Ən başlıcası, Avropada iş yeri açmaq üçün investisiyalar üçün bir təminat fondunu genişləndirmişik və qonşuluğumuzda, həmçinin Afrikada inkişaf və sabitliyi təşviq etmək üçün yenisini başladırıq.

Avropa  İnvestisiya Planı – yaxud məşhur adı ilə desək, Juncker Planı və onun Avropa Strateji İnvestisiyalar Fondu (EFSİ) bizim iqtisadi böhrana kollektiv cavabımızda dönüş nöqtəsi olmuşdur. Ağır maliyyə məhdudiyyətləri ilə üzləşdiyimizdən ictimai maliyyə iqtisadiyyatı inkişaf etdirmək və xalqımız üçün iş yerləri açmaq üçün kifayət olmayacaqdı. Özəl pul çatışmazlığı olmasa da, pul buraxmağa ehtiyac var idi. Beynəlxalq maliyyə institutları ilə birlikdə yeni fond əsas sektorlarda özəl investisiyalar üçün təminatdır və KOB-ları birbaşa dəstəkləyir.

Maliyyə vasitələrindən daha öncə istifadə etmişdik, lakin bunu cüzi şəkildə həyata keçirmişdik. Hazırlıqsız başlamışdıq: Avropa İttifaqı büdcəsindən16 milyard €  315 milyarddan çox investisiyaya yol açması üçün Avropa İnvestisiya Bankı tərəfindən 5 milyard € ilə tamamlandı.

Plan isə uğurlu baş tutmuşdur. Sadəcə bir ildə onun 200,000 KOB-a çatacağı gözlənilir. Çünki bu fondlarımıza investisiya edilməsinin düzgün yoludur, hazırda müddət və maliyyə həcmi cəhətdən Avropa daxili Avropa Strateji İnvestisiyalar Fondunu ikiqat artırmağa çalışırıq. Hazırda 5 il ərzində davamlı investisiyalar və transsərhəd layihələrə daha böyük diqqət ayıraraq səfərbər edilmiş investisiyalarla ən azı yarım trilyon Avronu təslim etməyi təklif edirik. Və əgər Üzv Dövlətlər maddi dəstək versələr, hətta biz fondu ikiqat artıraraq 630 milyard Avroya çatdıra bilərik.

Eyni prinsipi yeni Xarici İnvestisiya Planının əsasını qoyaraq qitəmizdən kənarda da tətbiq etməyimiz eyni dərəcədə əhəmiyyətlidir.

Əgər Avropanın qonşuluğuna nəzər salsaq, müharibə, yoxsulluq, infrastruktur çatışmazlığı və zəif idarəetmənin ləngitdiyi yüksək potensiala malik bölgələr görə bilərik. Milyonlarla gənc daha yaxşı fürsət axtarır. Onların bir çoxu axtardıqlarını tapmaq üçün Avropaya təhlükəli səyahət edərək həyatlarını riskə atırlar. Digərləri isə terrorçu qrupların təbliğatı üçün asan hədəfə çevrilir.

Avropa İttifaqı daha geniş ərazidə inkişafa təkan verməklə və iş yerləri açmaqla bu mənfi tendensiyaları poza bilər. Avropa şirkətləri bütün dünyadan yüz minlərlə insanı işə götürür, bir çoxlarını öz məmləkətlərində uğur qazanması üçün imkanla təmin edir və miqrasiyanın təməl səbəblərini araşdıraraq töhfə verirlər.

Bu investisiyalar əsaslı xarici siyasətdir. Lakin özəl şirkətlərin yeni bir ölkəyə köçməsi yaxud mövcud fəaliyyəti genişləndirməsi üçün təhlükəsizliyə və maliyyə,  həmçinin hüquqi risklərdən,  qeyri-sabitlikdən qorunmağa ehtiyacı var.

Bu məqamda Xarici İnvestisiya Planı təzahür edir. Əsası Aİ büdcəsindən 1.4 milyard Avro təminat olan Plan qonşuluğumuzdakı investisiyaya 40 milyard Avrodan çox istifadə etməyi hədəfləyir. Bu Avropa İttifaqının hazırda illik dünyada yardıma etdiyi investisiyalardan daha çoxdur. Əgər Üzv Dövlətlər Aİ büdcə yardımına uyğunlaşsalar, ikiqat arta bilər.

Avropa Davamlı İnkişaf Fondu (EFSD) özəl investorlar inkişaf etməkdə olan ölkələrdə biznesə başladıqları zaman üzləşdikləri risklərə qarşı onlara zaminlik edəcək. Bu zaminlik yalnız tək layihələri deyil, həm də strateji bölgələrdə və sektorlarda daha geniş “investisiya pəncərələri”ni inkişaf etdirəcək.

“Vahid nöqtədə xidmət” həm Avropadan, həm partnyorumuz olan ölkələrdən özəl və müəssisə investorlarını öz təkliflərini istiqamətləndirməyə və sövqedici amillər barədə məlumat əldə etməyə həvəsləndirəcək. Xarici İnvestisiya Planı layihələrin keyfiyyətini, sayını və davamlılığını artırmaq üçün texniki yardım göstərəcək. Avropa Komissiyası, Avropa İnvestisiya Bankı və digər beynəlxalq maliyyə institutları özəl operatorların mütəxəssis məsləhəti ilə birgə layihələrin sürətli və biznes yönümlü qiymətləndirilməsini təqdim etmək üçün işləyəcək.

Həmin icraya Aİ və partnyorlarının güclü dəstəyi olacaq. Avropa İttifaqı qlobal yardım göstərilməsi və hər bir konkret ölkədə ümumi biznes mühitini yaxşılaşdırmaq üçün işləyə bilər. İnvestisiyanın ardınca siyasəti müəyyənləşdirən dialoqlar və bacarıqları artırmaq üçün fəaliyyətlər olacaq. Fəaliyyətimiz xarici və təhlükəsizlik siyasəti üçün Qlobal Strategiyamızın ruhunda koordinasiya olunacaq və iştiraklar olacaq.

Xarici İnvestisiya Planı bizim yardım siyasətimizi növbəti mərhələyə daşıyır.  Biz maliyyə öhdəliyimizi davamlı inkişafa yüksəltdikcə, özəl sektorun bizə qatılmağına ehtiyacımız var. Artıq komisyoner Addis Ababa Fəaliyyət Gündəmi və Davamlı İnkişaf Hədəflərinə yardım etdiyimiz zaman bunu həyata keçirmək üçün razılaşdıq. Afrikadakı və qonşuluğumuzdakı partnyorlarımızla birlikdə Avropa şirkətlərinə yeni imkanlar yaradaraq gənclərin öz potensiallarına nail olmaqlarına kömək edə bilərik. Avropa inkişaf siyasətindəki yeni fəsil Aİ fondlarından daxildə və xaricdə ən yaxşı şəkildə yararlanmaq üçün daha geniş təşəbbüsün bir hissəsi olaraq yenicə başlayıb.

 

 

 

 

BIR CAVAB BURAXIN