Ağsuda qonşular arasında itə görə insident – Video

0
579

Ağsuda qonşular arasında itə görə insident

Ağsuda kişi itini öldürən qonşusundan qisas alıb. O gecə qonşunun həyətinə girərək onun itini öldürüb və ağacdan asıb. Qonşuların it mübahisəsi böyüdüyündən məsələni polis nazarətə götürüb.

“Qafqazinfo” “Xəzərxəbər”ə istinadən xəbər verir ki, rayon sakini Almaz Adıgözəlova həyətdə itin hürdüyünü eşidib və evinə naməlum şəxslərin girməsindən şübhələnib. Lakin qəfildən itin səsi kəsilib. O, həyətə çıxanda görüb ki, it öldürülüb və ağacdan asılıb.

Ev sahibi əvvəlcə həyətə oğrunun girməsindən şübhələnib. Sonradan məlum olub ki, itini qonşusu öldürüb.

A. Adıgözəlova evinə basqın edənin kimliyini dəqiqləşdirmək üçün polisə müraciət edib. Məlum olub ki, onun həyətinə girib itini öldürən şəxs qonşusu Qabil Nəbiyevdir.

Q. Nəbiyev iti asaraq öldürdüyünü etiraf edib. O, öz əməlini qonşusunun onun itini öldürməsi ilə əlaqələndirib.

İki qonşu arasında başlayan mübahisəyə polis müdaxilə edib.

Hazırda kimin haqlı, kimin haqsız olduğu dəqiqləşdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Face

BIR CAVAB BURAXIN