Ağsuda 70-ə yaxın ev qəzalı vəziyyətə düşdü

0
695

Ağsuda 70-ə yaxın ev qəzalı vəziyyətə düşdü

Torpaq sürüşməsi Ağsu rayonunun Dilman, Xatman və Hacman kəndlərinin sakinlərini çətin duruma salıb. Belə ki, son günlər intensiv yağan yağışlardan sonra ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

APA-nın verdiyi xəbərə görə, torpaq sürüşməsi nəticəsində bir neçə evdə irili-xırdalı çatlar əmələ gəlib. Ötən əsrin 50-ci illərində inşa edilmiş evlər qəzalı vəziyyətə düşdüyü üçün yaşayış üçün təhlükəli hesab edilir.

Üç kənddə torpaq sürüşməsi səbəbindən ümumilikdə 70-ə yaxın  ev qəzalı vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Qeyd edək ki, intensiv yağan yağışların təsiri nəticəsində Dilman, Xatman və Hacman kəndlərini əhatə edən sürüşmə sahəsində mövcud torpaq çatlarının ölçülərində də genişlənmə qeydə alınıb. Hazırda sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunur, yeni sürüşmə sahələri əmələ gəlib. Bir neçə həyətyanı sahədə çökmə baş verib, meyvə bağı və əkin sahələri yararsız hala düşüb.

BIR CAVAB BURAXIN