Ev Gündəm Ağamirzədən həmkarlarına sərt ismarıc: “Hər yerindən duran…”

Ağamirzədən həmkarlarına sərt ismarıc: “Hər yerindən duran…”

0
703
Ağamirzədən həmkarlarına sərt ismarıc: "Hər yerindən duran..."
Meyxanaçı Ağamirzə “APA TV”-nin “Show time” verilişində maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, söz ustası bildirib ki, indi hər yerindən duran özünə meyxanaçı deyir:“Biz heç kimə qadağa qoymamışıq ki, meyxanaçı olmasın. Siz kənd toylarına getsəniz, görərsiniz ki, neçə-neçə cavanlar meyxana deyir. Amma bir ildən sonra görürsən ki, onların 90%-i artıq ortada yoxdur. Buna görə də hər yerindən durana meyxanaçı demək olmaz. Bunun üçün illərin təcrübəsi, söz, rədif lazımdır. Bədahətən meyxana deyə bilməyənlər çoxdur. Əzbərləyirlər və onların da ömrü çox olmur. Əzbərləri qurtaran kimi, ömürləri də qurtarır. İndi bizə 20 dənə yaxşı meyxana deyən lazım olsa, çətinliklə taparıq. Var, amma biz istəyən səviyyədə deyil. Əsl meyxananı 20 nəfərdən başqası deyə bilmir”.

Ağamirzə bildirib ki, efirlərə dəvət olunduğu zaman verilişdə onunla birgə əyləşəcək qonaqların adı ilə də maraqlanır:

“Müğənnilər düz edirlər. Hər adamla efirə çıxmırlar. Məsələn bu gün qonağınız Vasifdir, amma ola bilərdi ki, burada elə bir adam görərdim ki, durub verilişi yarımçıq tərk edərdim”.

BIR CAVAB BURAXIN