“Afrikada da “qapağan” dedikdə Ermənistan yada düşür”

0
675

“Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlər son 20 il ərzində Qarabağ klanının ermənilərin başına açdığı oyunlar barədə aydın təsəvvür yaradır. Hətta evi olmayan Manvel Qriqoryan indi Ermənistanda və Dağlıq Qarabağda böyük və çoxsaylı mülklərə, zooparka, avtoparka malikdir. Əvvəlcə Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı soyğunçuluq edən quldur general Manvel Qriqoryan atəşkəs rejimindən sonra ermənilərə qarşı soyğunçuluq etdi. Aparılan yoxlamalar onun hətta aprel döyüşləri zamanı xaricdən Ermənistana göndərilən yardımın böyük bir qismini özününküləşdirdiyini göstərir”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq deyib ki, Aprel döyüşləri zamanı hətta 3-4 gün yemək tapa bilməyən erməni döyüşçüləri olub. İndi bəlli olur ki, o zaman Qriqoryanın Dağlıq Qarabağdakı anbarları əsgər payları ilə dolu imiş: “Qriqoryanın təkbaşına fəaliyyət göstərdiyini düşünmək sadəlövhlükdür. Quldur general Qriqoryan əvvəlcə Vazgen Sərkisyanın, sonra Robert Köçəryanın, sonra isə Serj Sərkisyanın əlində alət və vasitə oldu. 1999-cu ilin parlament güllə-boranından üzü bəri baş verən bütün proseslərdə quldur Qriqoryan gah o, gah da bu tərəfin mövqeyini dəstəklədi. Vasitə olması isə daha qabarıq şəkildə üzdədir. Ermənistanın kəskin müxalifətçilərindən olan Arbat Xaçatryanın fikirlərinə istinad etsək, kənddən boş əllə Yerevana gəlmiş Robert Köçəryan və Serj Sərkisyan indi Ermənistanın yarısına sahibdirlər. Köçəryanın əmlakının 5 milyard dollar olduğu barədə məlumatlar var. Sərkisyanın da əmlakı təxminən bu miqdardadır. Köçəryan və Sərkisyanın erməni xalqını talaması üçün Qriqoryanın hərbi dəstəsi vasitə idi”.

Politoloq qeyd edib ki, hərbi komandirlərin öz tabeçiliyində olanların əlindəkiləri necə talan etməsi ilə bağlı hər gün mətbuatda məlumatlar yayılır: “Qriqoryanın anbarları ərzaq və digər məhsullarla dolu olduğu halda, erməni əsgərinin ərzaq və gündəlik tələbat mallarını valideynləri təmin edirmiş. Günlərlə əsgərin ac qalmasından xəbərdar olan Manvel Qriqoryan meymun və şirlərini əsgər payları ilə yemlədiyi halda erməni əsgərinə o paylardan vermirdi. Çünki Qriqoryan Köçəryan və Sərkisyanın yalnız oğurluq barədə düşündüklərini bilirdi. Polşada erməni əsgərləri üçün nəzərdə tutulmuş konservlər açıq şəkildə mağazalarda satılırdı. Bu fakt özü Ermənistan mətbuatında qalmaqal yaratsa da sonradan işi ört-basdır etdilər. Təbii ki, bu, Qriqoryanın Sərkisyanla birlikdə əməli olduğu üçün sonadək tədqiq edilmədi. Artıq birmənalı şəkildə demək olar ki, bütün Ermənistan cəmiyyəti oğru, rüşvətxor və qapağanlardan ibarət imiş. 5-3 faizin kənarda qalması ümumi mənzərəni dəyişmir. Sərkisyan Ermənistanda və Dağlıq Qarabağda elitanın oğru və rüşvətxor olmasında maraqlı idi. Çünki daha asan idarə edə bilirdi. Uzun müddət Dağlıq Qarabağda müdafiə naziri işləmiş indi Ermənistanın müdafiə nazirliyinin baş inspektoru Movses Akopyanın korrupsiya fəaliyyəti və həyat yoldaşının davranışı ilə bağlı məlumatlar heç kəsə sirr deyil. Amma Akopyan rütbə və vəzifədə böyüyür”.

M. Əhmədoğlu vurğulayıb ki, erməni cəmiyyətində inkişaf etməyin yeganə yolu oğurluq və qapağanlıqdan keçir: “Bütün bu aşkarlanan faktlar separatçı Dağlıq Qarabağın de-fakto rəhbərliyinin təmsilçilərində müvafiq hisslər, düşüncələr yaradır. İndi Afrikada da “qapağan” dedikdə Ermənistan yada düşür. Afrikanın həm də primatların vətəni olmasını nəzərdə tutmuruq. David Babayan baş verənlərlə tanış olduqda istər-istəməz “qapağan” ifadəsini xatırlamalıdır. Amma bu ifadəni işlətməyin orijinal variantını tətbiq etdi – Azərbaycan rəhbərliyinə ünvanladı. David Babayan Azərbaycan vətəndaşıdır, bəlkə vicdana malikdir. Yaxında onun vicdanın oyanacağını, qapağan terminini əsl sahibinə ünvanlayacağını gözləyirik”.

BIR CAVAB BURAXIN