“O Səs Türkiyə” yarışmasının aparıcısı dəyişib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmanın aparıcısı Acun Ilıcalı Dominikan Respublikasında “Survivor”ın çəkilişlərinin başlaması səbəbindən bu ölkəyə gedib.
O, öz yerinə isə Cess Molhonu gətirib.
Qeyd edək ki, müsabiqədə 2-ci tur başlayıb.