“Açıq qapı” aksiyasında payız-qış mövsümünə hazırlıqdan danışıldı FOTO-VİDEO

0
1531

“2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq şəbəkəyə ötürülən təbii qazın təzyiqinin tənzimlənməsi və normada saxlanılaraq istehlakçıların fasiləsiz təbii qazla təmin olunması üçün 668 ədəd qaz tənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armatur quraşdırılıb və ya əvəz olunub”.

Qanunla.Az xəbər verir ki, bunu SOCAR “Azəriqaz İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib. “Açıq qapı” aksiyasında cari ilin 9 ayı ərzində görülmüş işlər barədə məlumat verən şöbə rəisi “Azəristiliktəchizat” ASC ilə SOCAR “Azəriqaz” İB arasında olan debitor borcla bağlı son məlumatları da çatdırıb. İbrahim Kərbalayev qeyd edib ki, hər iki qurumun rəhbərliyi səviyyəsində keçirilər görüşlərin nəticəsi olaraq “Azəristiliktəchizat” ASC tərəfindən debitor borc öhdəliyi götürülüb.

Birliyin Qəza Çağrı Xidmətinin rəisi Xalidə Şimşək isə 2022-ci ilin sentyabrında quruma daxil olan müraciətlərdən söz açıb. Qurum rəsmisi ötən ilin analoji dövrü ilə müqayisədə 23 049 müraciət az daxil olduğunu bildirib.
“Açıq qapı” aksiyasında daha sonra jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib .

image-img-20221028-wa0030 image-img-20221028-wa0033 image-img-20221028-wa0031 image-img-20221028-wa0032