“Açıq mikrafon” Sumqayıtda qurulacaq

0
943

Sahibkarlarla növbəti görüş Sumqayıt şəhərində keçiriləcək.

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Sumqayıt şəhərində görüşü təşkil olunacaq. Aksiya Sülh küçəsi, 30-cu məhəllə ünvanında (Xəzər Səhmdar Cəmiyyəti) baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.