Açılmayan Marian çökəkliyi sirləri

0
1016

 

Okeanlar Yer kürəsini 70 faizini tutur və buna paralel olaraq özü ilə günümüzdə çoxlu sayda sirləri güzlətməkdədirlər. Bu baxımdan günümüzdə dünya okeanının ən dərin, eyni zamanda sirli yerlərindən biri hesab edilən Marian çökəkliyi çoxdan alimlərin diqqətini maqnit kimi özünə cəlb etməkdədir. Bu müstəvidə də hələ ötən əsrin ortalarından başlayaraq Marian çökəkliyinin sirrini açmaq, onu daha dərindən öyrənmək və tədqiq etmək üçün cəhdlərə baş vurulmağa başladı. 1960-cı ildə Marian çökəklyinin dərinliklərində nələrin baş verdiyini bilmək məqsədi ilə NASA tərəfindən hazırlanan “Triyest” adli batiskaf bu sirli yerin 10915 metrliyinə endi. Həmin vaxt ərazidə lövbər salan “Qlomar Çellencer” adlı elmi tədqiqat gəmisi əməkdaşları dərinlikdən gələn qəribə səslərdən heyrətə düşdülər . Sanki kimsə mişarla dəmiri kəsirdi. Kamera isə batiskaf ətrafında qeyri-adi kölgələri qeydə aldı. Bunu görüb batiskafı suyun üzərinə qaldırdılar. Batiskafı yoxlayan zaman məlum oldu ki, ona quraşdırılan 4 kameradan 3-ü dağıdılıb, batiskafı qaldıran tros-burazlar isə yarıya kimi kəsilib. 10950 metr dərinlikdə bunu kim edə bilərdi, bu müəmma açılmamış sirr olaraq qaldı.

Cəhənnəm dərinliklərində tapıntı

Sonrakı illərdə də Marian çökəkliyinin sirrini öyrənmək üçün müxtəlif cəhdlərə baş vuruldu. Ancaq həmişə batskaflar müxtəlif problemlərlə üzləşir, əksər hallarda onların daha da dərinliklərə enməsinə hansısa naməlum güclər tərəfindən maneələr törədilirdi. Bununla belə Marian çökəkliyində aşkar edilən tapıntıların video görüntüləri tədqiqatçıları heyrətə salmaqda idi. Məsələn, Marian çökəkliyinin dərinliklərinə kimi enən “Nereus” avtomatik zondu orada tədqiqatçıları dəhşətə salan canlıları qeydə almışdı. Video kamerada əksini tapan ağzı olmayan metryarım uzunluğunda olan qurdlar, yapon cizgi filmlərinin personajlarını xatırladan tentakli və səkkizayaqlı ilbizlər, nəhəng dəniz ulduzlarının hərəkətləri insanı vahiməyə salırdı. Amma bu da son deyildi. Ötən ilin iyun ayında İngiltərədən olan tədqiqaçılar Marian çökəkliyində yaşayan xərkənglərin olduqca zəhərli olduğunu müəyyən etdilər. Hətta onların bəziləri radioaktiv şüalanma mənbəyi idi. Alimlərin fikrincə buna səbəb Marain çökəkliyinin həddindən artıq zəhərli tullantılar yığıldığı yerə çevrilməsi ilə əlaqədardır.

Marian çökəkliyini tədqiq edən Almaniyadan olan tədqiqatçılar da gözlənilməz hadisələrin şahidi oldular. Almaniya Elmi-Tədqiqat İnstitutlarından biri tərəfindən hazırlanan və “Xayfiş” adı verilən batiskaf Marian çökəkliyinin 7 kilometr dərinliyinə endi. Amma gözlənilmədən batiskaf ətrafında quraşdırılan videokameralar nəhəng varlıqları qeydə aldı. Bu varlıqlar batiskafı mühasirəyə alaraq onu dağıtmaq istəyirdilər. Alman tədqiqatçıları naməlum nəhəng varlıqları dəniz əjdahaları adlandırdılar. Bu nəhəng varlıqlar “Xayfiş” batiskafını sözün əsl mənasında gəmirməyə, polad dişləri ilə kəsməyə cəhd edirdilər. Almaniyalı mütəxəssislər öncədən bunu nəzərə alaraq batiskafın ətrafında güclü elektrik cərəyanı buraxan qurğu quraşdırmışdılar. Naməlum varıqların batiskafı dağıtmasına mane olmaq üçün dərhal öldürücü cərəyan buraxıldı. Yalnız bundan sonra qorxan naməlum varlıqlar batiskafı sakit buraxdılar.

Yapon alimlərin Marian çökəkliyini tədqiqatları isə daha bir naməlum varlığın aşkar edilməsi ilə nəticələndi. Belə ki, 1997-ci ildə yaponiyalı tədqiqatçılar tərəfindən Marian çökəkliyinə endirilən batiskaf tərəfindən milyon il bundan əvvəl yaşayan köpək balığı-meqalodon aşkar edildi. 10-12 metr uzunluğunda olan meqaldon-köpək balığı batiskafa yaxınlaşaraq onu udmaq üçün bütün imkanlarını işə salmışdı. Yalnız yenə də ətrafa güclü elektrik cərəyanı buraxılandan sonra meqaldon batisakfı udmaqdan qorxaraq dərinlikdə gözdən itdi.

“Titan müəmması”

2012-ci ilin yayında pilotsuz “Titan” adlı dərinlik aparatı “Rik Mesenger” adlı elmi tədqiqat gəmisindən Marian çökəkliyini tədqiq etmək üçün dənizin dərinliyinə buraxıldı. Məqsəd 10 min metr dərinlikdə video-foto çəkilişlər aparmaq idi. 10 min metr dərinlikdə batiskafın kameraları onlarla işıq saçan obyekt qeydə aldı. Batiskafın ətrafında təxminən bir kilometr ərazidə 50-dən artıq kürə formasında uçan naməlum obyektləri xatırladan əşyalar dolaşmaqda idi. Bundan bir neçə dəqiqə sonra “Titan”la əlaqə kəsildi və o müəmmalı şəkildə yoxa çıxdı. Belə ehtimal edilir ki, dənizin dərinliklərində naməlum ağıllı varlıqlar yaşayır. Bu varlıqlar kimlərdir və onlar nə üçün dənizin dərinliklərində yaşayırlar? Hələlik bu suala cavab tapmaq mümkün olmayıb. Digər tərəfdən də canlıların dənizdə əmələ gəldiklərini nəzərə alsaq, onda bizdən daha qədim olan ağıllı varlılqarın, qədim sivilizasiyanın yaşamaq üçün dənizin dərinliklərini seçdikləri qənaətinə gəlmək olar. Bütün bunlara baxmayaraq Marian çökəkliyinin sirrini öyrənmək üçün tədqiqatlar davam edir. Ancaq Marian çökəkliyinin sirrinin nə vaxt açılacağını söyləmək olduqca çətindir. Ola bilər ki, Marian çökəkliyinin tədqiqi zamanı müasir sivilizasiyamızı heyrətləndirən və əsl senssasiyaya səbəb olacaq yeni varlqılar aşkar edilsin. Hələliksə Marian çökəkliyi sirrlərini gizlətməkdə davam edir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN