ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir.
Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.