“ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır” – Dövlət Departamenti

0
606

ABŞ Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib.

Buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. “Bu bizi çox təəssüfləndirir, deyə C.Kirbi bildirib.

Bununla belə C.Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.

BIR CAVAB BURAXIN