ABŞ Rusiyaya 60 gün vaxt verdi

0
749

ABŞ növbəti dəfə Rusiyanı təhdid edib.

Arazinfo.nun verdiyi xəbərə görə, ABŞ dövlət katibi Maykl Pompeo Rusiyadan tələb edib ki, 60 gün ərzində Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) şərtlərinə  əməl etsin bə bununla bağlı sübutlarını ortaya qoysun: “Əgər Rusiya 60 gün ərzində bu tələbimizə əməl etməsə, onda ABŞ Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin icrasını tam şəkildə dayandıracaq. Bu məsələdə NATO üzrə müttəfiqlərimiz də bizi dəstəkləyir”.

Öz növbəsində Rusiy XİN-in ermənipərəst rəsmisi Mariya Zaxarova Pompeoya cavabında ABŞ-ın bu tələbinin əsassısz olduğunu və ölkəsinin Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) şərtlərinə əməl etdiyini iddia edib.