Amerika Birləşmiş Ştatları Polşaya 10,5 milyard dollar dəyərində “Patriot” raket əleyhinə müdafiə sistemləri göndərəcək. Bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsi məlumat yayıb. Raket əleyhinə müdafiə sistemlərinin Polşada yerləşdirilməsi ilə bağlı saziş bu ilin iyulunda, ABŞ prezidenti Donald Trampın Varşavaya səfəri zamanı imzalanıb. Raket əleyhinə müdafiə sistemləri üç il ərzində, 2019-cu ildən 2022-ci ilədək Polşada yerləşdiriləcək.