ABŞ NATO üzrə müttəfiqlərini hərbi xərcləri artırmağa məcbur edib

0
589

ABŞ NATO üzrə müttəfiqlərini hərbi xərcləri artırmağa məcbur edə bilib.

Arazinfo.com-un  TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Konqresin Nümayəndələr palatası və Senat qarşısındakı çıxışında prezident Donald Tramp deyib ki, bu, hərbi xərclərin ədalətli şəkildə bölünməsinə imkan verir: “Son iki ildə biz silahlı qüvvələrimizi yenidən qurmağa başlamışıq. Əgər ötən il hərbi xərclərimiz 700 mlyard dollar təşkil edirdisə, bu il eyni məqsəd üçün 716 milyard dollar ayırmışıq. Biz həmçinin NATO üzrə müttəfiqlərimizi də  hərbi xərcləri artırmağa məcbur edirik. Əvvələr NATO üzrə müttəfiqlərimiz bu məsələdə bizə qarşı ədalətsiz mövqe tutmuşdular. Amma indi biz NATO üzrə müttəfiqlərimizi hərbi xərcləri 100 milyard dollar artırmağa məcbur etmişik”.