ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə 350 milyard dollarlıq hərbi müqavilələr paketinə imza atıb.
“Arazinfo.com”Axar.az -aistinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Razılaşmanın 110 milyardlıq qisminin dərhal həyata keçiriləcəyi bildirilib:
“Bu razılıq İran təhdidi altında olan Səudiyyə və Körfəz ölkələrini gücləndirəcək. Terrorla mübarizədə ABŞ-ın üzərinə düşən yük qismən azalacaq. Razılaşma 10 illik dövrü əhatə edir”.
Qeyd edək ki, hazırda Ər-Riyadda səfərdə olan Tramp və xanımı bundan sonra İsrail və Fələstinə gedəcək.